16 oktyabr 2018 00:24
1505

Bolqarıstan mahnı müsabiqəsində iştirak etməyəcək

Bolqarıstan “Eurovison” mahnı müsabiqəsində iştirak etməyəcək

Bolqarıstanın BNT milli televiziya kanalının məlumatına əsasən, ölkə Təl-Əvivdə keçiriləcək “Eurovision-2019” mahnı müsabiqəsində iştirak etməyəcək. Əsas səbəb kimi maliyyə çətinlikləri göstərilir. Məlumatda bildirilir ki, televiziya kanalının rəhbərliyi xərcləri azaltmaq üçün bu addımı atıb.

Xatırladaq ki, Bolqarıstan 2005-ci ildən müsabiqədə iştirak edir. 2017-ci ildə Bolqarıstan təmsilçisi Kristian Kostov ikinci yeri qazanıb.