19 aprel 2018 19:18
677

İlan müğənnini səhnədə öldürdü

Fərmana əsasən Baş nazir İsakov və hökumət üzvləri hökumətin yeni heyəti formalaşana qədər səlahiyyətlərinin icrasını davam etdirəcəklər.

Bir qədər əvvəl Qırğızıstan parlamenti səs çoxluğu ilə İsakov hökumətinə etimadsızlıq ifadə edib. Prosedurun təşəbbüsü parlamentin müxalif “Ata-Jurt Respublika” və “Ata-Meken” (Vətən) fraksiyaları tərəfindən irəli sürülüb. “Qırğızıstan parlamenti ilk dəfə olaraq hökumətə etimadsızlıq ifadə edib. Buna səbəb nazirlər kabinetinin bir çox səhvləri olub”, - deyə müxalif “Onuqqu – Proqress” fraksiyasının deputatı İshaq Masaliyev bildirib.

Qeyd edək ki, aprelin 17-də parlament müxalifəti Qırğızıstan hökumətinin illik məruzəsini qeyri-qənaətbəxş hesab edib. Parlamentdə 52 nəfərlə təmsil olunan müxalif deputatlardan yalnız ikisi bunun əleyhinə çıxıb.