20 yanvar 2018 19:42
869

Sarkisyan üçgünlük Fransaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan 22-24 yanvar tarixlərində Fransaya işgüzar səfər edəcək.

Bu barədə AzVision.az “News.am”-a istinadən xəbər verir. Məlumata əsasən o, 22 və 23 yanvar tarixlərində Fransa prezidenti Emmanuel Makron və Senatın sədri Jerar Larşe, Parlament sədri Fransua de Ryoji, həmçinin Fransa-Ermənistan dostluq qrupunun üzvləri ilə görüşəcək. 

Sarkisyan və Makronun görüşünün yekunlarına dair birgə mətbuat konfransı keçirəcək. Paris meriyasında isə Sarkiyan mer Ann İdalqo və erməni icmasının nümayəndələri ilə görüşəcək. 

Yanvarın 24-ü Ermənistan prezidenti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak edəcək və deputatların suallarını cavablandıracaq. Sarkisyan, həmçininAvropa Şurasının baş katibi Turbyorn Yaqland, İnsan Haqları üzrə Avropa Məhkəməsinin sədri Qvido Raymondi ilə görüşlər keçirəcək.