14 iyun 2018 20:10
1952

Rusiyada pensiya yaşı artırılıb

Rusiya Nazirlər Kabineti ölkədə pensiya yaşının qadınlar üçün 63, kişilər üçün 65 yaşadək qaldırılması barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, qərara əsasən, ölkə əhalisinin pensiya yaşı 2019-cu ildən başlayaraq qadınlar üçün 2034-cü ilə, kişilər üçün 2028-ci ilədək mərhələlərlə qaldırılacaq. 2019-cu ildən başlayaraq pensiya yaşı hər il bir il artırılacaq.