16 oktyabr 2018 00:41
1819

Dünyanın ən bahalı brendləri

İnsanların əksəriyyəti  müəyyən brendlərə qarşı aslılıq daşıyır. İstehsalıçıların özləri belə,  qeyri – ixtiyari adlı-sanlı brendlərə qarşı aciz qalırlar. Bu gün biz sizləri dövrün ən məhşur və bahalı brendləri ilə tanış edəcəyik. Çox güman ki, bunlardan bir çoxları sizin həyatınıza daxil olub.

1. “Facebook”: 36.5 milyard dollar

Son illərin tendensiyası göstərir ki, cavan nəsil “Facebook” sosial şəbəkəsində öz şəxsi səhifəsini idarə etmək marağını artıq yavaş – yavaş itirir.  Lakin buna baxmayaraq şirkətin 2015 – ci il ilə müqayisədə gəlirlərində azalma müşahidə olunmayıb.  Bu gün “Facebook” sosial mediada ən aparıcı brend şəbəkələr sırasında birincidir.

2. “General Electric”: 37.5 milyard dollar

Evlərinizdə “General Electric”-ə aid hansısa bir elektrik əşyasının olması ehtimalı çox yüksəkdir. Bu ilin aprel ayında şirkət  əsaslı sayda  “GE Capital” səhmlərinin satışa yönəldilməsi  haqqında elan etmişdir və bəzi məlumatlara görə, bu səhmlərin dəyəri 500 milyard dollar təşkil edib. Real sektora gəldikdə isə bəzi şaiələrə görə, şirkətin baş investoru 26 milyard dollar dəyərində büddcəyə sahib olan “Blackstone” və “Wells Fargo” şirkətidir.

3. “Toyota”: 37.8 milyard dollar

Toyota adı avtomobil istehsalında sadəcə ən yüksək səslənən bir markadır. Çox vaxt şirkəti bu işdə novatr ( yenilikçi) adlandırırlar. 2015 – ci ilin əvvəli “Toyota” üçün xüsusi  ilə uğurlu il olub belə ki,  dünya üzrə 6 milyon avtomobildə təhlükəsizlik yastıqlarında yaranan problemlər  “Toyota”-nı bu sahədə əvəzolunmaz edib.

4. “Samsung”: 37.9 milyard dollar

Mobil istifadəçilərinin ağıl və qəlbləri üçün hər gün, hər saat və hər dəqiqə mübarizə aparılır və “Samsung” bu sahədə az nailiyyətlərə imza atmayıb. Son illər hətta ən nəhəng mobil vasitə sayılan “Apple” şirkətin  yenilikçi uğurlarının təqdirə layiq olduğunu qəbul edir.

5. “McDonald’s”: 39.5 milyard dollar     

Sağlam qida tərəfdarlarının  sayının ildən – ilə artmağına baxmayaraq,  nəhəng fəst – fud sənayesi gəlirlərində heç bir azalma müşahidə olunmayıb. Əksinə son bir neçə ildə “McDonald’s” şirkəti  bu sahədə öz yerini daha da möhkəmləndirməyə nail olub.

6. “Coca-Cola”: 56 milyard dollar

Coca – cola adi brend deyil. Şirkət məhsulun klassik tərzini  saxlayaraq onun satışını gücləndirməyin yeni üsullarını tapmağa nail olub. Bu şirkət dünyada ən tanınan brendlərdəndir və buna görə də heç də təəccüblü deyil ki, ABŞ – da istənilən qazlı içkini demək olar ki, bu ad ilə səsləndirirlər.

7. “Google”: 65.6 milyard dollar

“Google”  bu gün sözün əsl mənasında bir brenddir.   Şirkət iformasiya texnologiyası ilə əlaqəli   bütün sahələrdə  öz layihələrinə sahibdir. “Google”un  insanların həyatının bir hissəsi olmağı onun uğuru deməkdir.

8. “Microsoft”: 69.3 milyard dollar

“Microsoft” və müasir texnologiya bu gün biri digərindən ayrı var ola bilməz. Bundan başqa  internet – texnologiya son illər mobil vasitələr sahəsində əsil sıçrayışa səbəb olub. Belə ki, şirkət məhsulların rəqabət bacarığını yaradaraq “Apple” kimi məhşur brendi cəlb etməyə nail olub.

9. “Apple”: 145.3 milyard dollar

Çox güman ki, şirkət öz  tarixi dövründə  ən əhəmiyyətli nailiyyətlərdən biri istehlakçıların müəyyən məhsulların sahibləri olmaları lazım olduğunu hiss etməkləri  olub. Bura bütün “Apple” məhsullarının bir-biri ilə qarşılıqlı əlaqəsi olan və bu müvəffəqiyyət üçün resept əldə edən bir mikro-ətraf mühitin yaradılmasını da əlavə etmək lazımdır.

Könül Əliyeva, “İki sahil”