Heç ömrünüzdə 200 dollara qarpız görmüsünüz? Bəs siz yeni təamlar dadmaq üçün nə qədər pul xərcləyərdiniz? Gəlin sizi dünyanın ən bahalı məhsulları ilə tanış edək.
1. 1.8 milyonluq balıq
Ən bahalı mavi tunes balığının çəkisi 222 kiloqramdır. Bu balıq Aomori prefekturası sahillərində tutulub və Tokioda hərrac bazarında 1,8 milyon dollara satılıb.
2. 4 min dollara pizza
Domenika Krolla adlı baş aşbaz “Pizza Royale 007” adlı pizza hazırlayıb. Pizzanın içərisində şampan şərabında marinə edilmiş qızılbalığın kürüsündən və yeməli qızıldan istifadə olunub.
3. “Roma yaqutu” üzümü
Hər bir üzüm salxımı 30 qram çəkidə olmalıdır və tərkibindəki şəkər miqdarı 18% dən çox olmalıdır. Yeri gəlmişkən belə bir standartları əldə etmək nadir hallarda mümkün olur. Buna görə də bu cür ölçülü üzüm növləri “Roma yaqutu” adlandırılır. 2011 – ci ildə belə bir standarta uyğun üzüm növü alıcıya dörd min dollara başa gəlmişdi.
4. 1,3 min dollara mavi pelemeni
Pelemenilərin farşı dana, çoşqa və qızılbalıqdan hazırlanır. Qeyri – adi rəngi isə ona məşəl adlandırılan balıq növü verir. Məhz bu balıq növünün təsiri ilə qaranlıqda pelemenilərin rəngləri mavi rəngə çalır.
5.“La Bonnotte”adlı Fransız kartofu
Kartof limon ətirlidir, dadı isə qoz ləpələrinin tamını xatırladır. Belə bir kartof növü üç sutka ərzində yeyilməlidir. Üç gündən sonra kartof qeyri – adi tamını tamamilə itirir. “La Bonnotte” adlandırılan bu kartof növü “Qinnesin Rekordlar Kitabına” daxil olub. Onun bir kiloqramının qiyməti 670 dollara bərabərdir.
6. Popkorn “Laeso”
Laeso adasından gətirilən duzdan hazırlanan popkornlar 23 karat yeməli qızıl ilə örtülüblər. Kiçik popkorn vedrəsi 650 dollar dəyərindədir. Təsəvvür edin ki, kinoya getdiyiniz zaman aldığınız popkornun qiyməti kino biletindən dəfərlərcə baha başa gəlir.
7. Dördkünc qarpuz
Heç ömrünüzdə dördkünc qarpız görmüsünüz? Belə qarpızlar Yaponiyada xüsusi hazırlanmış dördkünc şüşə konteynerlərdə yetişdirilir. Dördkünc qarpızların birinin qiyməti təxminən 200 dollara başa gəlir.
8. 100 dollara ponçik
Ponçiklər 24 karatlıq yeməli qızıl şəkər ilə örtülüb. İçərisindəki şirə isə “cristal” şampan şərabından hazırlanıb.
9. 25 dollara bir fincan kofe
Birləşmiş Ərəb Əmirliklərində 25 dollar dəyərində olan kofenin köpüyündə çəkilən hansısa bir şəklin üzərində qızıl yumaqlardan istifadə olunur. Məhz bu qızıl yumaqlar kofenin bir fincanının qiymətini 25 dollar dəyərində edir.
Könül Əliyeva, “İki sahil”