14 dekabr 2018 23:41
2800

Ən zəhərli heyvan ilandır, yoxsa kolumbiya qurbağası?

1. Kolibri quşlarının metabolizimləri o qədər sürətli çalışır ki, bir - iki saat müddətində ac qalmaq onları öldürə bilər.

2. Bumslanq adlı ilan (ağac ilanı) insanı sancdığı zaman həmin insanın ağız, burun və qulaq dəliklərindən bədəndə olan qanın hamısı boşalmağa başlayır.

3. Bəzi pişiklərin insana qarşı allergiyası vardır.

4. Dünyada yaşamış ən varlı insan Mansa Musa adında kişi olub. 1331 - ci ildə dünyasını dəyişən Mansa Musanın 400. 000. 000. 000 dollar dəyərində sərvəti olub.

5. Evsiz bir adam həbsxanaya düşmək üçün bankdan 1 dollar dəyərində  pul oğurlayır və sonra da polisə təslim olur. Beləliklə onun  yeməyi və yatmağa yeri olur.

6. Amazon meşələri dünyaya lazım olan oksigenin demək olar ki yarısından çoxunu istehsal edir.

7. Əgər insanların gözləri qartalın gözü kimi yaxşı görə bilsəydi, o zaman insan 10 mərtəbəli binadan baxdığı zaman yerdə gəzən qarışqanı belə görə bilərdi .

8. Aparılan araşdırmaya görə, 8 saatlıq iş rejimində insanlar cəmi 2 saat 53 dəqiqə məhsuldar ola bilirlər.

9. Veronika Seyder adında bir qadının gözləri adi insanlardan fərqli olaraq 20 dəfə yaxşı görür. O, 1,6 kilometr uzaqlıqdan bir insanın üzünün bütün cizgilərini aydın görə bilir.

10. İnsan öldükdən sonra beyin 7 dəqiqə işləməyə davam edir. Bu zaman ərzində keçmişdə yaşadığı bütün hadisələr ölən insanın gözünün önündən gəlib keçir.

11. Alaskada tərəvəzlər həddindən artıq böyük olur. Səbəbi isə gün ərzində tərəvəzlərin 20 saat günəş ala bilmələridir.

12. Rüşvət ala bilməsinlər deyə hakim və vəkillərin xidməti formalarının nə bağlana bilən düyməsi, nə də ki cibi olur.

13. Çəyirtkənin qulaqları onun dizlərində olur.

14. Yapon alimləri insanların gördükləri yuxunu yaddaşda saxlaya bilən və oyandıqları zaman gördükləri yuxunu izləyə bilmələri üçün yeni texniki vasitə icad ediblər.

15. Əgər zaman dayansa insan heç bir şey görə bilməz çünki, gözümüzə dəyən və lazım olan işıq zərrəcikləri də dayanmış olar.

16. Dünyanın ən zəhərli  heyvanı kolumbiya qurbağasıdır. Onun zəhəri eyni anda 150 insanı və 30.000 siçanı öldürə bilmək qabiliyyətinə malikdir.

17. Heç bilirdinizmi ki, insanın ağ ciyərlərini  kondisionerə yerləşdirmək mümkün olsaydı  həmin mühitdəki havada heç bir bakteriya qalmazdı və həmçinin hava  tərtəmiz olardı.

18. Bir insan sevdiyi insanı görən zaman göz bəbəyi böyüyür.

19. Avtomobillə Aya getmək mümkün olsaydı saatda 100 kilometr sürətlə 60 günə oraya çatmaq mümkün olardı.

Könül Əliyeva, “İki sahil”