18 noyabr 2017 01:58
929

Çin: dərin karyerdə beşulduzlu otel

Çinin Şanxay şəhərinin yaxınlığında möhtəşəm “Songjiang InterContinental” otelinin tikintisi başa çatmaq üzrədir. O, 90 metr dərinliyi olan karyerdə yerləşir.

AZƏRTAC Billionnews.ru saytına istinadla xəbər verir ki, otelin əsas korpusunun inşası praktiki olaraq başa çatıb. Yarım ildən sonra isə o, qapılarını müştərilərin üzünə açacaq.

Karyerdə otel tikməyin kimin ağlına gəldiyi məlum deyil, lakin ilkin təsvirlərə görə o, təbii landşafta tam uyğun gəlir. Binanın cəmi iki mərtəbəsi yer səthindən yuxarıda, iki mərtəbəsi isə su altında yerləşir.

“Songjiang InterContinental” otelində 370 otaq olacaq. Otel ərazisində istirahət və işgüzar görüşlər üçün bütün infrastruktur tikilib. Binanın üzərindən şəlalə axacaq, yeni texnologiyalar günəş enerjisindən və geotermal enerjidən tam həcmdə istifadə etməyə imkan verəcək.

Karyerdə tikilən qəribə otelin 2018-ci ilin mayında fəaliyyətə başlayacağı gözlənilir.