17 noyabr 2017 22:26
780

Tənbəllər üçün eskalator

Dünyanın ən kiçik eskalatoru Yaponiya marketlərdən birində quraşdırılıb.

AZƏRTAC billionnews.ru saytına istinadla xəbər verir ki, cəmisi 5 pillədən ibarət olan eskalatorun hündürlüyü 83,4 santimetrdir.

Ginnesin rekordlar kitabına düşən və tənbəllər üçün nəzərdə tutulan eskalator yalnız yuxarıdan aşağıya doğru hərəkət edir.