15 iyun 2018 00:57
2123

Eynşteynin gündəliyindəki ŞOK CÜMLƏLƏR

Alman fizikçi Albert Eynşteynin irqçi və xarici düşmənçilik fikirlərini yazdığı səyahət gündəliyi yayımlanıb.

“Ölkə.Az” xəbər verir ki, məşhur alim 1922-23-cü illərdə Orta və Uzaq Şərqə səfəri zamanı gördüklərini gündəliyə yazıb.

Yazılarda Eynşteynin xaricilər haqqında mənfi fikirləri diqqət cəlb edib.

Eynşteyn çinliləri pis, axmaq adlandırıb. Alim həyatının növbəti illərində ABŞ-da insan hüquqları mübarizəsində rol oynamış, irqçiliyi də “ağdərililərin xəstəliyi” adlandırıb.

Amma onun gündəlikləri fərqlidir.

Princeton universitetinin yayımladığı mətnlər Eynşteynin Ispaniyada başlayıb Şri-Lankadan keçərək Çin və Yaponiyaya qədər uzanan səfərini işıqlandırır.

Misirdəki “Port Said” limanındakı müşahidələrini qələmə alan Eynşteyn bəzi satıcılar üçün “sanki cəhənnəmdən fışqırıblar” cümləsini işlədib.

Alimin Şri-Lanka üçün yazdıqları belədir:

“Çox natəmiz həyat tərzi sürürlər. Hər yer nəcislə doludur. Az iş görür, az şeyə ehtiyac duyurlar. Həyatın bəsit iqtisadi döngəsi budur”.

Eynşteynin ən diqqət cəlbedən şərhləri isə çinlilər haqqındadır. Alim çinli uşaqlar üçün “ruhsuz və hissiyatsız”, Çin üçün isə “qəribə və sürüyə bənzəyən millət” ifadələrini işlədib.

Alim yazılarında Çində yaşayan kişilər və qadınlar arasında böyük bir fərq olmadığını qeyd edib.