17 oktyabr 2017 16:29
477

Göytəpədə elmi-praktik konfrans

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illik yubileyi münasibətilə partiyanın Cəlilabad rayon təşkilatı nəzərdə tutulmuş tədbirlərin ardıcıl surətdə həyata keçirilməsini davam etdirir. Belə ki, nəzərdə tutulmiş tədbirlərə uyğun olaraq dünən Göytəpə şəhərində “Yeni Azərbaycan Partiyası və müasir Azərbaycan dövlətinin fomalaşdırılması və möhkəmləndirilməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbiri giriş sözü ilə YAP rayon təşkilatı İdarə Heyətinin üzvü Etibar Sadığov açaraq partiyanın yaranma zərurətindən geniş söhbət açıb.

Sonra məruzə ətrafında müzakirələrdə ilk partiya təşkilatının sədri Kamal Mənsimov, YAP rayon təşkilatı Qadınlar Şurasının üzvləri Xanım Məmmədova, Elmira Abbasova, həkim Araz Cahangirov, Göytəpə şəhər icra nümayəndəsi Aftandil Məmmədov, partiyanın rayon təşkilatı İdarə Heyətinin üzvü Baxış Mustafayev və başqaları çıxış ediblər.

Çıxışlarda partiyanın yarandığı tarixi şərait, böhran, o dövrün xaos və özbaşınalıq mühiti ətraflı təhlil olunub, Azərbaycan xalqının təkidli tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması, onun siyasi iradəsi, səbr və təmkinlə mövcud çətinliklərin aradan qaldırılması istiqamətində atdığı addımlar, ölkədə iqtisadi geriliyin aradan qaldırılması, siyasi sabitliyə nail olunması və digər reallıqlar barədə fikirlər səsləndirilib. Eyni zamanda, Azərbaycanın getdikcə dünya miqyasında tanınması və hazırda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə irəliləyişə nail olunması, ümummilli lider Heydər Əliyevin yaratdığı YAP-ın nüfuzunun xeyli artırılması və ümumxalq partiyasına çevrilməsindən söhbət açılıb.

Taleh Bağırov,

“İki sahil”