17 oktyabr 2017 16:38
465

Heydər Əliyev ideyaları əbədiyaşardır

Yeni  Azərbaycan Partiyasının (YAP) yaranmasının 25 illiyi ilə əlaqədar dünən YAP Lerik rayon təşkilatının tədbirlər planına uyğun olaraq  Livədirqə ərazi ilk partiya təşkilatında “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir”  mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə  rayon təşkilatı sədrinin müavini Əlipənah Bayramov, Gənclər Birliyinin sədri Nüsrət Kərimov mövzu ilə bağlı çıxış ediblər. Ə.Bayramov bildirib ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində  ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir: “Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir.

Eyni zamanda bütün regionlarımızda genişmiqyaslı  abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır. Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib”.

Taleh Bağırov,

“İki sahil”