17 oktyabr 2017 16:48
411

Ötən 25 ildə YAP-ın sıralarında yüzminlərlə insan birləşib

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Tərtər rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında  tədbirlər davam edir.

Rayon təşkilatının növbəti tədbirləri rayon Kənd təsərrüfatı idarəsi, rayon Baytarlıq idarəsi, rayon Suvarma sistemləri idarəsi və  Su-kanal idarəsi ərazi ilk partiya təşkilatlarında  keçirilib. Tədbirlərdə öncə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kənd təsərrüfatı idarəsi ərazi ilk partiya təşkilatının sədri Mehman Babayev,  YAP-ın fəal üzvlərindən Ramiz Mustafayev, Aysel Sadıqova, Baytarlıq idarəsi ərazi ilk partiya təşkilatının sədri Elmar Xəlilov, partiya üzvlərindən Murad Cəfərov, Şükrət Cəfərov, Suvarma sistemləri idarəsi ərazi ilk partiya təşkilatının sədri Zahid İbrahimov, YAP üzvlərindən Təvəkkül Məhərrəmov, Nüşabə Baxşəliyeva, Su-Kanal idarəsi ərazi ilk partiya təşkilatının sədri Namiq Məmmədov, partiya fəalları  Məhəmməd Əliyev, Elnur Abbasov partiyanın ötən iyirmi beş ildə qazandığı uğurlardan söhbət açıblar.  Bildiriblər ki, Yeni Azərbaycan Partiyası  fəaliyyətdə olduğu 25 il ərzində daim sıralarında birləşdirdiyi üzvlərini ölkəmizin sosial-iqtisadi qüdrətinin artırılması, partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyev ideyalarının təbliği və izahı, Yeni Azərbaycan Partiyasının  Sədri,  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə olunan uğurlu nəticələrin daha da artırılmasına səfərbər edib.

Tədbirlərdə YAP Tərtər rayon təşkilatı Şurasının üzvləri Zahid İbrahimov və Mehman Babayev iştirak ediblər.

Vəli İlyasov,

“İki sahil”