08 fevral 2019 15:03
462

Məşhur firmadan biabırçı reklam

Məşhur ayaqqabı firması olan "Rebook"un Rusiyadakı filialı şüarı ilə müzakirələrə səbəb olub.

Milli.Az Sputnik Türkiyəyə istinadla xəbər verir ki, "Rebook"un Rusiyadakı filialının qadınlara dəstək olmaq üçün keçirilən kampaniya əsnasında səsləndirilən şüarı qalmaqal yaradıb.

Belə ki, "Reebok" Rusiyada orijinal "Güclü olduğun üçün əsla üzr istəmə" şüarının əvəzinə "Kişilərin təsdiqi üçün tikan üstündə oturmaqdansa, onların sifətində otur" ifadəsi işlədilib.

Rusiyalı feminist Zalina Marşenkulovanın çəkildiyi reklamda isə kişilərlə bağlı alçaldıcı ifadələrə yer verilib.

Şüarlar sosial şəbəkələrdə kəskin tənqid olunduğuna görə həmin fotolar Instagram-dan silinib.

Şirkətin müdiri Aleksandr Golofast biabırçılıqla bağlı istefaya getmək istədiyini söyləyib.