29 noyabr 2019 09:43
241

1 avroya ev satılır  Siciliyada

İtaliyada daha bir vilayətdə 1 avroya evlərin satışı başlayıb.

"İki sahil" xəbər verir ki, bu dəfə Siciliyadakı Bivona əyalətinin Aqricento kəndində belə evlər satılır. Bivonada əhali azdır, gənclər iri şəhərlərə üz tutur, ərazi boşalır. Son 40 ildə əhali 2 dəfə azalaraq 3800 nəfərə düşüb. İndi isə şəhər rəhbərliyi əhalini 8 min nəfərə çatdırmaq istəyir.

Amma burada pulsuz ev sahibi olmaq kifayət etməyəcək. Evin sahibi aldığı evi təmir də etdirməlidir. Daimi yaşayınlara isə vergi  güzəştləri veriləcək.

İtaliyanın müxtəlif ərazilərində əhalinin az olduğu yerlərdə 1 avroya evlər satılır, amma Bivonada ev satışı şərtləri daha yumşaqdır. Belə ki, başqa ərazilərdə ev sahiblərindən 5 min avro depozit tələb edir. Evin sahibi təmirə başlayanda həmin pulu götürə bilər. Bivona da isə tələb olunan depozit 2500 avrodur. Evi alandan 6 ay sonra təmirə başlamaq olar, amma 3 ilə bitirməlisən. Ərazinin əla təbiəti, dağ havası sıx meşələri var, səs-küy və tüstü yoxdur.

Bivonada onlarla ev 1 avroya satılır. Amma olduqca ucuz qiymətə, məsələn 1-5 min avroya başqa əmlaklar da almaq olar. Satışa çıxarılan evlərin əksəriyyəti 2 mərtəbəlidir. Birincimərtəbə anbar, ikincisi mənzildir. Evlərin sahəsi 50-120 kvadratm etrdir. Ev sahibləri buranı istədikləri kimi  - ev, otel, restoran və üa mağaza kimi istifadə edə bilərlər.