17 fevral 2016 21:06
617

Meqapolislər üçün kiçik ev layihəsi

Tokio yaxınlığında yapon memarı Takuro Yamamotonun layihəsi ilə böyük terraslı kiçik ev çoxmilyonlu şəhərlər üçün nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, yapon memar bu layihəni meqapolislərdə yaşayış səviyyələrini yaxşılaşdırmaq istəyən müştərilərlə birgə hazırlayıb.

Takuro Yamamotonun fikrincə, Tokio kimi sıx əhalisi olan şəhərlərdə yaşayan insanlar üçün şəxsi məkanların olması zəruridir.

Ev 3 mərtəbəlidir. Birinci mərtəbədə qaraj, digərlərində isə yataq və vanna, həmçinin qonaq otaqları və mətbəx yerləşəcək.