04 mart 2016 01:29
153

Sümük xəstəsi olsa da...

Yıxılsaydı,  sözün əsl mənasında bədənində salamat sümük qalmayacaqdı. Böyük Britaniyadan olan  və nadir sümük xəstəliyindən əziyyət çəkən Peni Klepkot  İspaniyada inanılmaz performansa imza atıb.

Norveçli dünya şöhrətli akrobat Eskil Roninsbakenlə birgə dağa qalxan fiziki qüsurlu britaniyalı,  burda ölümə meydan oxuyub. Eskillə birgə uçurumun kənarında havada tarazlıq yaradan Peni  həyatını bu cür təhlükəyə atıb.

Osteogenes İmperfekta xəstəliyindən əziyyət çəkən  27 yaşlı Peninin sümükləri həddən artıq həssasdır. Adi  bir toxunuşda belə onun sümüyü ya çatlayır, ya da ümumiyyətlə sınır.  Bu vaxtədək azı 200 dəfə sınıq xəsarətləri ilə həkimə çatdırılan Peni əlil arabasına məhkum olsa da, xəstəliyi onun adrenalin həvəsini məhdudlaşdıra bilmir.

Hələ dünyaya gələndə həkimlər onun bir neçə saat yaşayacağını proqnozlaşdırmışdı. Sağ qalmaqla  ehtimalları alt-üst edən britaniyalı, indi ip üstündəki həyatını da bu cür esktremal şoularla davam etdirir. Necə deyərlər harda qırılar, qırılar…