18 fevral 2016 01:50
222

Şir quzularla dostluq edir

Timurla Amurun  uzun müddət gündəmdən düşmədiyi Rusiyada- Dərbənd şəhərində  bu dəfə fərqli heyvanlar arasındakı dostluq diqqət mərkəzinə düşüb. Bir şir balasının quzularla yaxınlıq etməsi sakinlərin marağına səbəb olub.

Yerli fermer Bayrambek Rəhimova məxsus  aslan balası  cəmi 6 aylıqdır.  Gözünü afrika meşələrində  yox, məhz qoyun-quzu arasında açan şir balası, quzuları özünə dost bilir. Ancaq çətin ki, bu dostluq çox davam etsin. Söhbət böyüyəndə kimin nə olacağından gedir...

Fermer  Maşa adlı aslan balasını böyüyəndən sonra  heyvanxanalardan birinə hədiyyə edəcəyini gizlətmir. Hələlik bu qeyri-adi  dostluğa bir müddət də tamaşa etmək olar. Xatırladaq ki, 2 ay əvvəl Rusiyada bir pələng ona yem kimi atılan keçi ilə dostluq etməyə qərar vermiş, sonda ona xəsarət yetirmişdi. Elə mütəxəssislər də bu tip heyvanlar arasında dostluğun müvəqqəti olduğunu deyirlər.