Bir çox mütəxəssislər hesab edirlər ki, Marsa ilk ekspedisiyanın səyahətinə sayılı günlər qalıb. Bundan başqa ,Qırmızı planeti fəth edənlər Yer üzündən özləri ilə lazım olan bir çox ehtiyaclarını götürə bilməyəcəklər. Amerikanın Aerokosmik Agentliyi NASA qeyri-adi müsabiqə elan edib. Müsabiqənin şərtlərinə əsasən, müxtəlif növ şəkərin əldə olunması üçün Mars atmosferində karbonat qazından istifadə etmək lazım olduğu bildirilir. Bu kimyəvi birləşmələrin tərkibi karbon, oksigen və hidrogendən ibarətdir və bu lazımlı “komponentlərin” hər birini Marsda əldə etmək mümkündür, lakin məsələ bundadır ki, orada şəkəri istehsal etmək çətin məsələdir.
Əslində təbiətdə qlükozanın karbonat qazından və sudan yaranması çətin bir proses deyil, bu, fotosintezin nəticəsində baş verir. Bundan başqa, NASA daha effektiv və Mars şəraitində olan texnologiyalara əsasən təkliflərə ümid edir.
Müsabiqə təşkilatçıları qeyd edirlər ki, təklif olunanlar sırasından beş ən yaxşı layihə nəzərdən keçiriləcək. Birinci mərhələni keçən komanda 2019-cu ildə elan olunacaqlar və komandanın hər bir üzvünə 50 min dollar dəyərində mükafat təqdim olunacaq.
Mütəxəssislər hesab edirlər ki, əgər onların layihələri uğurlu alınsa, həmin texnologiya təkcə Marsda deyil, Yer üzündə də tətbiq olunacaq.
Bu günə qədər alimlərin Marsa ilk ayaq basacaq insanın kimliyi haqqında heç bir məlumatı belə yoxdur. Keçən il Amerika Aerokosmik Agentliyinin direktor köməkçisi Tomas Zurbuken hesab edirdi ki, belə bir imkan yaxın 20 il müddətində mümkün olmayacaq.