19 sentyabr 2018 23:37
2520

Təsəvvürlərimiz niyə özünü doğrultmur?

Elə bir fikirlər var ki, biz onlara uşaq vaxtlarımızdan inanırıq. Məsələn, qış vaxtı papaqsız gəzmək olmaz yoxsa meningit olarsan. Əslində bu düz deyil, çunki bu xəstəliyin səbəbi həddindən artıq soyuq hava deyil. Bu xəstəliyin səbəbi patogen mikororqanizmlərdir və papaq burada heç bir rol oynamır. Gəlin başqa əsatirlərə nəzər yetirək.

1. Biz beynimizin cəmi 10%-in dən istifadə edirik. Bu, düzgün deyil. Aparılan araşdırmalar göstərib ki, hətta yuxu zamanı yatan insanın beyni praktiki olaraq daima çalışır.

2. Everest - dünyanın ən hündür dağıdır. Lakin dəniz səviyyəsindən deyil, əsasından zirvəsinə qədər  dünyanın ən hündür dağı Havay adalarında yerləşən Mauna - Kea dağıdır. Onun hündürlüyü 10210 metrdir. Sadəcə onun əsas hissəsi  suyun altında yerləşir.

3. Əgər saqqızı udsaq bağırsaqlara yapışa bilər. Bu, düz deyil. Bütün digər həzm olunmayan məhsullar kimi saqqız da bağırsaqlardan rahatlıqla keçir.

4. “Qara dəli” - bu dəlik kosmosdadır. Bu, düz deyil. Qoy bu ad sizi çaşdırmasın . Əslində qara dəliklər boş sahə deyil, nəhəng materiya toplusudur. Bu dəlik o qədər qalındır ki, onun güclü qravitasiyası  hətta günəş işıqlarına belə  təsir edir.

5. İldırım ikinci dəfə eyni yerə düşmür. Bu, belə deyil. Heç bir fiziki, meteoroloji, coğrafi və ya geoloji səbəb yoxdur ki, ildırımın eyni nöqtəyə düşmə ehtimalının qarşısını alsın.  Eyfel  və “Empire sate Building” qülləsini buna misal olaraq göstərmək olar. Hansı ki, hər il ildırım düşür ora. 

6. Təravətli tərəvəzlər donmuş tərəvəzlərdən xeyirlidir. Son araşdırmalara nəzər yetirsək görərik ki, dondurulmuş tərəvəzlər təzə tərəvəzlər qədər dəyərlidir. Bundan başqa, çox vaxt elə olur ki, dondurlumuş tərəvəzlər daha çox vitaminlərlə zəngin olur nəinki təzələr. 

7. Alkaqol isidir. Düz deyil. Alkaqol dadmarları genişləndirərək ilk öncə “isti dəri” effekti yaradır, lakin bu qısa vaxt ərzində davam edir, sonrasında isə bədənin temperaturu aşağı enir.

8. Karbohidrat kökəldir. Bu mifdir. İş burasındadır ki, məhz seçilmiş karbohidratlar kökəlməyə səbəb ola bilər. Qarışıq karbohidratlar  tam taxıllar, meyvələr və tərəvəzlər özü elə sağlamlıq deməkdir. Sadə karbohidratlar, ən çox da ağ şəkər zərərli hesab olunur.

Könül Əliyeva, “İki sahil”