24 sentyabr 2018 15:55
2135

Təyyarədə sendviç yeyən qız öldü

Təyyarədə sendviç yeyən qız ölüb.

Milli.Az xəbər verir ki, Fransada "British Airways"a məxsus təyyarəyə minən 15 yaşlı Nataşa Ednan sendviç yedikdən sonra ailəsinin gözü qarşısında can verib.

Allergiyası olan qız küncütlü sendviç yediyinə görə bədəni buna tab gətirə bilməyib və ölüb.

Qızın ailəsi şirkəti məhkəməyə verib, təzminat tələb edir.