Planetimiz nəhəngdir. Onun tərkibində minlərlə xalqlar, yüzlərlə ölkələr və çoxlu sayda şəhərlər, hökumətlər mövcuddur. Onların hamısı mədəniyyətinə , məişətinə, təbiətinə, istehsalatına və s. görə bir-birindən fərqlənirlər.
Planetimizdə xeyli sayda maraqlı yerlər var və biz sizə onlar haqqında danışacağıq.
Beləliklə, dünya ölkələri haqqında ən maraqlı faktlar:
ABŞ türmədə olan məhbus sayına görə, birinci yerdə durur. Yer üzünün təxminən 5% əhalisi ABŞ-ın payına düşür, lakin dünya üzrə məhbus sayının 25%-i də ABŞ həbsxanalarının payına düşür. Bu, 2 milyon 200 min məhbus deməkdir.
Bu göstəriciyə görə Rusiya heç də geri qalmır. Rusiya 1,5 milyon məhbus sayına görə ikinci yeri tutur, Çin isə 870 min nəfərlə üçüncü yerdə qərar tutub.
Hansı ölkədə daha çox kök insanlar yaşayır? Təxmin belə edə bilməzsiniz ki, bu, Nauru ölkəsidir. Bu ölkə çox kiçik bir ada ölkəsidir və burada yaşayanların 95 % - i artıq çəkidən əziyyət çəkirlər. Buna səbəb isə onların çox yeyib, az hərəkət etmələridir.
Maldiv adaları isə bir müddət sonra suyun altına gömüləcək bir ölkədir. İş burasındadır ki, qlobal istiləşmə nəticəsində suyun səviyyəsi artacaq və adalar zaman keçdikcə suyun altına gedəcək.
Təsəvvür edin ki, Quam ölkəsində yollar mərcandan düzəlib. Çunki burada təbii qum yoxdur və buna görə də yolları “mərcanlı” asfaltdan çəkmək məcburiyyətində qalırlar.
Göl sayına görə Kanada birinci yerdə durur. Burada göllərin sayı 3 milyona çatır. Dünyada yerləşən göllərin 60%-i Kanadada yerləşir və onlar ölkənin 10% ərazisini təşkil edir.
Liviya dünyanın ən quru ölkəsi hesab edilir. Bundan başqa, Liviya səhralıqlar ölkəsidir və ölkənin demək olar ki, 99% - i səhralıqdan ibarətdir. Burada elə bir rayon var ki, artıq 10 illərdir yağış suyu bu torpaqlara dəymir.
Əfqanıstan narkotik zavod ölkəsidir. Planetin 95% tiryəki Əfqanıstanda hazırlanır.
Rusiya öz meşələri ilə məşhurdur. Dünya meşələrinin 25%-i Sibirdə yerləşir. Bu o deməkdir ki, Rusiya oksigen istehsal edən ölkədir. Daha bir fakt ondan ibarətdir ki, Rusiyanın meşə sahəsi ABŞ-ın kontinental sahəsindən böyükdür.
Əksinə, Haiti elə bir ölkədir ki, orada nadir hallarda meşəyə rast gəlmək olar. Orada meşələr demək olar ki, tamamilə qırılıb məhv olunub.
Somali müharibə ölkəsidir. Bu ölkə daima müharibə şəraitində olur. Bundan başqa, Somalidə arası kəsilməyən inqilablar gedir. Bütün bunlar ondan irəli gəlir ki, Somali kasıb ölkədir, qida çatışmazlığı yaşayır və burada konfliktlər daim artır.
Kanadanın əhalisinin yarısından çoxu orta ixtisasdan aşağı təhsilə sahib deyillər. Kanada dünyanın ən təhsilli ölkəsi hesab olunur. İkinci yeri 45% ilə İsrail tutur, Yaponiya isə 44% ilə üçüncü yerin sahibidir.
Sinqapur dünyanın ən böyük hökumət şəhəri hesab olunur.
Yeni Qvineya bir rəsmi dili olan ölkədir (ingilis dili). Lakin burada əhalinin cəmi 2%-i bu dildə danışır. Yerdə qalanı isə 800-dən çox dildə danışırlar, bu da dünya dillərinin 12%-ni təşkil edir.
Böyük Britaniyanın Folklend adalarında qoyun-quzunun sayı insan sayından çoxdur. Buranın əhalisinin sayı 3 mindir, lakin qoyun - quzunun sayı isə yarım milyona bərabərdir. Heç də təəccüblü deyil ki, burada yun ixracatı əsas gəlir mənbəyidir.
Monqolustanda əhalinin orta sıxlığına görə 1 km2 1,8 adam sayına bərabərdir. Bura dünyanın ən az əhalisi olan ölkədir. Əksinə, Monakoda isə 1 km2 18 min adam sayına bərabərdir.
Nigeriya dünyanın ən cavan əhalisinə sahib olan bir ölkədir. Bu ölkə əhalisinin yarısından çoxu 15 yaşdan aşağı olanlardır. Bu yüksək ölüm səviyyəsinin olması və çoxuşaqlı ailələrin olmasından irəli gəlir.
Malta mühacir vətəndaşların sayına görə rekord ölkə sırasına daxildir. Burada yerli əhalidən çox xaricidən gələn miqrantlar çoxluq təşkil edirlər.
Könül Əliyeva, “İki sahil”