26 sentyabr 2018 17:54
2071

İş adamının 27 mərtəbəli şəxsi evi

Bu yaşayış binasına bənzər bina, əslində, 5 nəfər üçündür.

Milli.Az xəbər verir ki, Mumbeydə yerləşən bina formasındakı evin qiyməti 1 milyard 300 milyon dollardır.

Dünyanın ən bahalı və böyük evi hesab olunan binada 3 helikopter meydançası, kinoteatr, bir neçə hovuz var.

Ev Hindistanın varlı və nüfuzlu şəxslərindən olan Mukeş Ambaniyə məxsusdur. O, 27 mərtəbəli binada xanımı və 3 uşağı ilə birlikdə yaşayır.

61 yaşlı Mukeş Hindistanın nəhəng şirkətlərindən olan "Reliance Industries"in sahibidir. Onun adı "Forbes"jurnalının 2017-ci il üçün "dünyanın ən varlı şəxsləri" siyahısında yer alıb.

Mukeş yaşadığı evin adını Antiliya qoyub. Ev 2010-cu ildə tikilib.