28 sentyabr 2018 23:41
2171

Oteldə gecələdi, səhəri özünü tanıya bilmədi

"Viktoriya Sekret"in tanınmış modeli Sabrina Jales ST Pierre gözlənilməz hadisə ilə üzləşib. 

Qafqazinfo xəbər verir ki, model bir müddət bundan əvvəl ABŞ-ın Kaliforniya ştatındakı bir oteldə gecələyib. 

Səhəri gün Sabrinanın bütün bədənində qızartılar və deşiklər meydana gəlib.  Bundan narahat olan braziliyalı gözəl xəstəxanaya müraciət edib. Onun bədənində 90-a yaxın qırmızı nöqtələr aşkarlanıb. 

Model oteli günahkar çıxarıb və onları məhkəməyə verməyə hazırlaşır: "Otel nümayəndələri yataq otağımın təmiz olduğunu iddia edir. Lakin belə deyil. Dərimi soymağım gəlir. İki aydır podium üzünə həsrət qalmışam".