18 fevral 2016 15:35
157

İran neft hasilatının dondurulması ilə bağlı razılaşmanı dəstəkləyir

İran OPEC-ə üzv bəzi ölkələr ilə Rusiyanın xam neft hasilatının yanvardakı səviyyədə saxlanılması qərarını dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namdar Zəngənə Tehranda OPEC-ə üzv ölkələr – İraq, Qətər və Venesuelanın neft nazirləri ilə keçirilən görüşü şərh edərkən deyib.

“İran neftin qiymətinin sabitləşməsi istiqamətində atılan bütün addımları, həmçinin OPEC və qeyri-OPEC ölkələr arasındakı mövcud əməkdaşlığı dəstəkləyir”, - deyə nazir bildirib.