ABŞ-ın Tesla korporasiyasının sahibi və artıq sabiq direktoru İlon Maska qarşı məhkəmə iddiası qaldırılıb. Şirkət əcnəbi işçilərin əməyindən qanunsuz istifadədə və miqrantları istismar etməkdə suçlanır.
Milli.Az bildirir ki, şikayətçilərin dediklərinə görə, Tesla-nın Kaliforniyadakı zavodunun rəhbərliyi miqrantlara şikayət edəcəkləri təqdirdə onları ABŞ-dan deportasiya etməklə hədələyib.
Bundan başqa, işçilər Tesla-nın müəssisələrində həmkarlar təşkilatlarının yaradılmasını tələb edirlər. Şikayətçilərdən biri, Sloveniyadan olan Qreqor Lesnikin dediyinə görə, ABŞ-a V-1 vizası ilə gəlib. O, 950 dollar maaşın müqabilində ayda 250 saat işləyib. Bu isə ABŞ-da əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır.
Xorvatiyadan olan Stepan Papes isə işdə daim təhdid olunduğunu, "səsinizi çıxarsanız ölkədən qovulacaqsınız" eşitdiklərini deyib.
İlon Mask isə Tesla-nın direktorlar şurasının sədri postunu tərk edəcək və 20 milyon dollar məbləğində cərimə ödəyəcək. Səbəb milyarderin Tesla-nın səhmlərini satın almaq istəyidir.
ABŞ-ın Qiymətli Kağızlar Komissiyası (SEC) Maskı məhkəməyə verərək onun Tesla-nın rəhbəri postundan kənarlaşdırılmasını tələb etmişdi. İlon Mask avqustun 7-də Twitter-dəki mikrobloqunda yazmışdı: "Tesla-nın səhmlərinin hər birini 420 dollara satın alıb onu özəl şirkətə çevirməyi düşünürəm".
Bu ilin 2-ci rübünün nəticələrinə görə, Tesla rekord zərərə məruz qalıb.
Tesla-nın avtomobillərinə tələbat heç də şirkətin bəyan etdiyi qədər yüksək deyil.
Şirkətin Kaliforniya, Nyu-Cersi, Arizona və Yuta ştatlarındakı satış məntəqələrinldə minlərlə Tesla satılmamış qalıb.