06 oktyabr 2018 00:01
2839

Hollivud ulduzları villanı sata bilmədilər

Dünyanın ən məşhur aktyorlarından biri, Hollivuld ulduzu Maykl Duqlas illər əvvəl aldığı villasını uzun müddət sata bilmədiyi üçün fikrindən vaz keçib.

Milli.Az European-a istinadən bildirir ki, 74 yaşlı Maykl Duqlas və onun xanımı, 49 yaşlı aktrisa Ketrin Zeta-Cons villanı 40 milyona satmaq istəyirdilər.

Lakin İspaniyanın Mayorka adasında yerləşən bu villanı alan yoxdur.

Duqlas 250 hektar əraziyə malikvillanı 1989-cu ildə, sabiq xanımı Diandra Lukerlə almışdı. 3,5 milyon dollara alınmış villa 4 il əvvəl 60 milyon dollara satışa çıxarılmışdı.

Alıcı tapılmadığından villanın qiyməti 40 milyon dollara düşürülüb.

Amma "Balearics Sotheby's International Realty Marketing" daşınmaz əmlak şirkətinən verilən məlumata görə, malikanə artıq satılmır.

Villada 2 kottec, 5 kiçik ev, 11 yataq otağı, 11 vanna otağı, ev kinoteatrı, hovuz, kitabxana, oyun otağı, şərab zirzəmisi və üzümlük var.