25 oktyabr 2018 18:33
1396

"Biz güclü analarıq" deyib soyundular

İngiltərənin Kembricşir qraflığındakı Soham şəhərində yaşayan Elison Fitt çılpaq və yarıçılpaq anaların fotolarının əks olunduğu xeyriyyə təqviminin ideya müəllifi, təşəbbüskarıdır. O, övladlarını itirmiş qadınlarla danışaraq onları razı sala bilib və ideyasını reallaşdırıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 75 yaşlı Şeyla Ebbott bunu eşidəndə şoka düşdüyünü deyib: "İlk reaksiyam şok idi. Sonra güldüm. Helenq Mirreni xatırladıq və sonra işə başladıq".

"Strong Soham mums: Bereaved parents" adlı təqvimdə 12 ananın fotoları var. Onların hamısı yol qəzalarında övlad itirmiş analardır.

Yol qəzasında həlak olmuş Holli Uollesin anası da təqvim üçün çəkilib. Təqvimin satışından əldə olunan pullar "Addenbrooke's Hospital"la "Road Victims' Trust" xeyriyyə fondunun hesablarına keçiriləcək.