27 oktyabr 2018 15:42
7379

Sevil və Sevinc bacıları ailə həyatı qurur?

Onların bəy namizədi DJ Roşkadır?

Milli.Az bildirir ki, ARB TV-nin "Show news" verilişinə müsahibə verən Sevil-Sevinc bacıları ərə getməkdən dəm vurublar.

Sevinc - Müğənni: "Bir araya gəlməyimizin səbəbi budur ki, Roşka ilə Sevil-Sevinc bacıları evlənirlər"

Daha sonra məlum olub ki, bunlar hamısı zarafatdır. Bir araya gəlməyin səbəbi isə evlilik yox, iş birliyidir. Yüz ölçüb bir biçdikdən sonra bacılar Roşkaya iş təklifi edib.

Sevinc: "Əslində təklif bizim tərəfimizdən gəldi. Düzdü, çox tərəddüd etdi, düşündü. Alınar, alınmaz, edim yoxsa etməyim".

DJ Roşka (Həsənli): "Qızlarla işləmək asan deyil, kaprizləri çoxdur. Klipdə isə komanda olaraq yaxşı iş getdi. "Yoruldum, həvəsdən düşdüm" söhbəti olmadı. Yəqin ki, istədiyimizə nail ola biləcəyik. "Youtube" səhifəsinə yükləmişik klipi. Camaat da baxacaq, əziyyətimizə qiymət verəcək. Klipi "battle" şəklində etdik. Sevinclə Sevil elə bil bir-birlərinə qarşı oxuyurlar".

DJ Roşka bacıların arasına girmədiyini deyər-deməz Sevil "Bacıların arasına girən iylənib çıxacaq" deyib qəh-qəhə ilə güldü. 

Sevil - Müğənni: "İş təklifini edəndə, mahnı seçəndə zəng edib "niyə mənim mahnımı salmadınız?" sualını eşitməmək üçün mahnı seçimini, layihəni DJ Roşkaya həvalə etdik. İnciklik olmasın deyə".