31 oktyabr 2018 18:26
2245

Pərvin Abıyevadan ŞOK SÖZLƏR

“Ölkəmiz nə qədər müasirləşsə, gözəlləşsə də, düşüncə tərzimiz hələ də köhnədir. Aktrisa, aparıcı ya da müğənni oldunsa, deməli, fahişəsən. Azad yaşadın fahişəsən, boşandın fahişəsən. Söyüşlərinizi özünüzə saxlayın. Mən kiminsə alqışı ilə doğulmamışam ki, qarğışı ilə də gedəm”.

Publika.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva sosial şəbəkədə bildirib. Buna səbəb kino ulduzunun ünvanına instaqramda yazılan təhqir və tənqidi rəylər olub. Haqsız ittihamlardan yorulan aktrisa ürəyini sosial şəbəkədə boşaldıb.

Aktrisa Pərvin Abıyevanın açıqlaması müzakirələrə səbəb olub.