02 noyabr 2018 01:31
6950

Qadınlar haqqında maraqlı faktlar

1140 - cı ildə Almaniyanın Vaysberq şəhərini zəbt edən Roma imperiyasının kralı III Konrad müharibə nəticəsində viranə qalmış şəhərdən qadınlara nə istəyirlərsə özləri ilə aparmağa icazə vermişdi. Belə bir qərara sevinən qadınlar öz çiyinlərində yalnız həyat yoldaşlarını daşıyaraq şəhəri tərk etmişdilər.

Dünyanın çoxuşaqlı anası Fyodora Vasiliyevna adlı rusiyalı qadın  olub. Rəsmi məlumatlara görə  o, 1725 - ci ildən 1765 - ci ilə qədər olan dövrdə 69 uşaq dünyaya gətirib. 27 dəfə doğuş keçirən qadın 16 əkiz, 7 üçəm və 4 dəfə 4 əkiz uşaq dünyaya gətirib.

Dünyaya göz açan ən böyük qız uşağının çəkisi 10,2 kiloqram, boyu isə 76 santimetr olub. 1955 - ci ildə İtaliyada doğulan bu qızın adı Karmelina Fedele olub.

Doğulan körpələr  içərisində ən az çəkiyə sahib olan uşaq isə 2004 - cü ildə ABŞ - ın İllinoys ştatında dünyaya gələn qız uşağı olub. Loyolı Universitetinin Tibb mərkəzində doğulan körpənin çəkisi 260 qram olub. Onun əkiz tayının isə,  600 qram çəkisi olub. Hazırda onların hər ikisi də həyatdadır  və hər şey qaydasındadır.

Müasir dəbdən fərqli olaraq  inqilaba qədər dövrdə yaşayan qadınlar tünd dəri rəngi yerinə əksinə solğun dəri rənginə üstünlük verirdilər. Belə bir “ maraqlı solğunluq” əldə etmək üçün hansı bir tədbirə qədər qızlar demək olar ki, heç nə yemirdilər, təbaşir  və suda həll olunmuş sirkə turşusu içirdilər.

Qədim Roma qadınlarının heç birinin şəxsi adı yox idi. Onlar yalnız qəbilələrinin adını daşıyırdılar. Məsələn, Yuliya nəslində dünyaya göz açan qızın adı Yuliya qoyulurdu. Əgər bir ailədə ikinci  və ya üçüncü dəfə qız uşağı dünyaya gəlirdisə, o zaman onlara Yuliya 1 və ya Yuliya 2 adları qoyulurdu.

Ağ - qara  televizorlar dövründə kameralara qırmızı filtirlər yerləşdirilirdi. Səbəbi isə o idi ki, aparıcıların istifadə etdikləri qırmızı rəngli dodaq boyası ekranda solğun görsənirdi. Buna görə də, diktor və aktrisalar yaşıl ənlikdən və dodaq boyasından istifadə edirdilər.

Dünyada ilk  proqramçı xanım Ada Lavleys adlı ingilis qadın olub.

29 fevral tarixində İrlandiyada qadınlar sərəbəst şəkildə istədikləri şəxsə evlənmək təklifi edə bilərlər. Belə bir adət 11 - ci əsrdə tətbiq olunan qanuna əsasən davam edir, hansı ki, imtina edən kişi mütləq şəkildə cərimə ödəməli idi.

Dünyanın ən balaca adamı  Cənubi Afrikadan olan Marc Bester adlı qadındır. Onun boyu 55 santimetrdir.

 Dünyanın ən uzun ayaqlı qadını isə Çexiyalı model Adrian Sklenarikovadır. Onun ayaqlarının uzunluğu 124 santimetrdir.

Dünyanın ən cavan anası Perudan olan Lina Medinadır. İlk övladını beş yaşında dünyaya gətirən ana, ikinci övladını 33 il sonra dünyaya gətirib.

Osmanlı türkləri imperiyasının sultanı İbrahimin qızı XVII əsrin ortalarında 3 yaşlı Yusif  adlı oğlana ərə verilib. Bir ildən sonra  sultan İbrahim Yusifi qətlə yetirərək qızını dünyanın ən gənc dulu edib.

Ən çox nigahı olan qadının adı Tereza Vauxdur. O, beş il ərzində 60- dan  çox insanla nikaha daxil olub.