02 noyabr 2018 17:33
2866

Acunla duyğu dolu anlar - XƏYALLARI GERÇƏKLƏŞDİ

Acun Ilıcalı Diyarbəkir Bağlar rayonunda, kənd şəraitində "O Səs Türkiyə” yarışmasının təqlidini edən 52 uşağı İstanbula gətirətək iki gün qonaq edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Media qrupu qonaqlarını ilk olaraq Boğaz mənzərəli məkanda qonaq edib, sonra isə uşaqlara şəhəri gəzdirib. Axşam saatlarında hoteldə uşaqların hər birinə xüsusi hədiyyələr verilib. Uşaqların istəyi ilə otaqlarında hamburger ziyafəti təşkil olunub.

İkinci günün səhəri balacalar əyləncə parkına gedərək doyunca əyləniblər. Uşaqlar "O Səs Türkiyə” müsabiqəsinin çəkilişlərindən əvvəl tanış olduqları Acun İlıcalı ilə duyğu dolu anlar yaşayıb. Daha sonra uşaqlar münsif heyət ilə tanış olub. Balacalar çəkdirdiyi xatirə şəkilləri anı əbədiləşdirib.