Uzun müddətdir səbirsizliklə gözlənilən "Homecoming" serialının bu gün təqdimat mərasimi olacaq.
Milli.Az xəbər verir ki, ekran işində əsas obrazı 51 yaşlı ulduz Culiya Roberts oynayıb.
Təqdimatdan əvvəl isə Culiya Cimmi Kimmelin şousuna dəvət olunub. Eyni gündə aktrisa iki fərqli obrazda görüntülənib. O, saçlarını çəhrayı rəngə boyatdırıb.
Roberts imicini dəri şalvar, qara kofta və pencəklə tamamlayıb. Sevənləri onun bu görünüşünü rok-ulduzları ilə müqayisə edib.