İngiltərə yığmasının və "Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand TOWIE realiti-şousunun sabiq ulduzu Keti Raytla ailə qurmağa hazırlaşır.
Daily Mail bildirir ki, 39 yaşlı Ferdinand 27 yaşlı Rayta evlənmə təklifini Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərindəki göydələnlərdən birinin damında edib.
"O, "hə" dedi! Üç övladımın bunu məndən necə sirr saxladığını heç zaman bilməyəcəyəm", - Ferdinand İnstagram profilində paylaşdığı fotonu bu sözlərlə müşayiət edib.
Rio Ferdinand 2009-cu ildə Rebekka Ellisonla evlənmişdi. Bu izdivacda Lorens, Teyt və Tia doğulublar. R.Ellison 2015-c ilin mayın 2-də döş xərçəngindən vəfat etdi, dörd həftə sonra isə Rio Ferdinand "Kuins Park Reynecers"in oyunçusu qismində futbolçu karyerasını başa vurduğnu söylədi.
Depressiyaya qapılmış Ferdinandın yazdığı "Thinking Out Loud" kitabı 2017-ci ilin oktyabrında dərc olunub.
O, Keti Raytla ötən ilin yayında tanış olub.
Bir zamanlar dünyanın ən bahalı müdafiəçisi olmuş Rio Ferdinandın anası da xərçəngdən vəfat edib.