18 fevral 2016 19:08
307

Salyanın Yeni Uluxanlı kəndinə ilk dəfə təbii qaz verilib

Fevralın 18-də Salyan rayonunun Yeni Uluxanlı kəndinə təbii qazın verilişi bərpa edilmişdir. Bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.Bildirilmişdir ki, 225 abonenti olan Yeni Uluxanlı kəndinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 24231 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.