18 fevral 2016 19:58
169

İki ev arasında bar

Avstraliyanın “Sans-Arc Studio” memarlıq studiyası “Pink Moon Saloon” adlı barın layihəsini təqdim edib.

Kiçik və ensiz ərazilər üçün nəzərdə tutulmuş barı hətta iki bir-birinə yaxın binanın arasına sığmaq mümkündür.

Barın daxili interyeri tamamilə yerli materiallardan hazırlanıb. Burada nahar vaxtı, eləcə də işdən sonra dincəlmək və əylənmək üçün sakit atmosfer yaradılıb.

Bar əsas zal və mini həyəti olmaqla iki hissədən ibarətdir. Əsas məqsəd minimum məkandan səmərəli istifadə etmək olub.