30 yaşlı Kendis Sveynpolun sevgilisindən ayrılması xəbəri yayılıb.
Axşam.az xəbər verir ki, Kendis İnstaqram səhifəsindən Herman Nikolla bağlı bütün fotolarını silib. Herman da ona eyni hərəkətlə cavab verib.
Model qırılmış qəlb şəkli paylaşaraq "Hər şey bitdi" şərhini yazıb. İzləyiciləri onların ayrılması ilə bağlı yüzlərlə sual ünvanlasa da, Kendis onları cavabsız qoyub.
Qeyd edək ki, cütlüyün münasibəti Kendis 17 yaşında olanda başlayıb. Onlar Parisdə kastinqə qatılan zaman tanış olublar. 2015-ci ildə onlar nişanlanıb, amma heç vaxt rəsmi nikaha girməyib. Onların iki övladı dünyaya gəlib.