24 noyabr 2018 16:55
3238

60 nəfər “Ən yaxşı” olmaq istəyir

"Best Model of Azerbaijan" yarışmasının final tarixi müəyyənləşib.

Qafqazinfo xəbər verir ki, tədbir 28 noyabrda "Baku Flame Towers"da keçiriləcək. 

Tədbirin aparıcısı isə Samir Bayramlı və Vüsalə Saiddir. Səhnədə xüsusi qonaq olaraq Dj Çina modelləri müşaiət edəcək. 

Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, "Eurovision" təmsilçimiz müğənni Elnur Huseynov, şairə Zəhra Bədəlbəyli, Aparıcılar Nərgiz Cəlilova , Afaq Gəncəli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, modelyer-dizaynerlər Gülnarə Xəlilova, Afaq İsmayılzadə və başqaları yer alıb. 

Qeyd edək ki, müsabiqədə ən kiçik finalçının yaşı 16, ən böyük finalçının isə 30-dur. Yarışmada 60 nəfər finala keçib. Qalib gələn oğlan və qız iştirakçı  İstanbulda keçriləcək "Best Model of The World" 2018 dünya finalında ölkəmizi təmsil edəcək. 

Onu da bildirək ki, layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyevdir.