27 noyabr 2018 23:56
2718

Qadına xəstə orqan köçürdülər

Şotlandiyalı qadın Pauluni Hant böyrək orqanı transplantasiyası ediləndən sonra, onda xərçəng xəstəliyi aşkar edilib. 49 yaşlı qadının sözlərinə görə, ona nəql olunan orqanın sahibinin qara ciyəri başqa bir pasientə köçürülmüşdür və həmin xəstə əməliyyatdan bir neçə həftə sonra həyatını itirib.

Əməliyyat edən  həkimlər  transplantasiya olunan orqanın bütün müayinələrdən keçirildiyini əminliklə bildiriblər. Lakin buna baxmayaraq xəstə tədqiqatlar aparılmasını tələb edib.  Təhlükəsizliyi təmin etmək üçün  transplantasiya olunan orqan dərhal çıxarılıb. Lakin heç bir köməyi olmayıb.

Pasient Paulin Hantın təkidlə tələb etdiyi tədqiqatların nəticəsinə əsasən donor materiallarında xərçəngin ən aqressiv forması aşkar olunub. Hantın bədəninə düşən bu xəstəlik qısa bir zamanda sürətlə yayılaraq digər orqanlarına da keçib.

Hər il altı min orqan köçürülməsi üzrə qan və transplantasiya Milli təhlükəsizlik orqanı apardıqları əməliyyata cavabdehlik daşımaqdan imtina ediblər.