Tikinti işləri Çin büdcəsinə 20 milyard dollara və 9 ilə başa gəldi
55 kilometrlik körpü dünyanın ən uzun körpüsü oldu. Açılış Çinin Çjuxay şəhərində baş tutub. Körpü əvvəllər bir neçə saata qət olunan yolu 30 dəqiqəyə endirib. Körpü yeraltı və sualtı tunel keçidindən ibarətdir. Magistral hissəsi isə 11 şəhərdən keçir.
Tikinti Çin dövlətinə 20 milyard dollara başa gəlib. Tikinti işlərinin aparılması isə 9 il müddətində davam edib. 400 min tonluk konstruksiya 8 bal zəlzələ gücünə davamlı inşa edilib. Körpünün regionun iqtisadi inkişafının güclənməsində böyük rol oynayacağı hesab olunur.