28 noyabr 2018 00:37
2756

Eyni rəqəmlər ilə iki dəfə cek pot uddu

Lotoreya həvəskarı olan Amerika vətəndaşı eyni rəqəmlərdən istifadə edərək iki dəfə cek pot udub.

72 yaşlı qadın bir ay müddətində hər gün lotoreya bileti alıb. Hər dəfə o, eyni rəqəmləri yazıb: doğum tarixini və müxtəlif il dönümlərinin rəqəmlərini. Biletlərdən biri ona 250 min dollar cek - pot uduşunu qazandırıb. Təqaüdçü qadının sözlərinə görə, o öz uğuruna inanırdı. Lakin cek pot udduğuna əmin olmayan  qadın oğluna zəng edərək uduşu dəqiqləşdirməyini söyləyib.

Maraqlısı ondadır ki, əvvəllər təqaüdçü qadın eyni rəqəmədən istifadə etməklə 252074 dollar uduş əldə edib.

72 yaşlı Amerika vətəndaşı Nyu - Yorkun lotoreya tarixində ən nəhəng lotoreya uduşuna sahib olan qadın seçilib.

Könül Əliyeva, “İki sahil”