Bilirsinizmi, maşını idarə etmək formamız bizim xasiyyətimizdən xəbər verir. Bəs siz hansı formadan istifadə edirsiniz?
Sükan arxasında əllərimizi necə yerlə şdiririksə, deməli bu, xarakterimiz haqqında nəsə deyir.
Psixoloq: Sükanı belə idarə edən sürücülər daha çox utancaq, özünə inamı olmayan, qərarsız insanlar olurlar.
Təlimatçı: təhlükəsizlik baxımından bu cür sükan tutmaqtəhlükəlidir. Burada əllər düzgün yerləşdirilməyib. Belə olduqda əllər tez yorulur.
Psixoloq: Sükanı bu cür tutan sürücülər daha çox aqressiv insanlar olurlar. Onlar hər zaman özlərini hər kəsdən haqlı bilir və yolda avtomobili saxlayıb narahatçılıqlarına səbəb olan “günahkara” pəncərədən qışqırmaq şansını əldən verməzlər.
Təlimatçı: burada sürücü sanki sükandan asılı vəziyyətdə olur. Fakta əsasən demək olar ki, belə bir idarə hansısa bir qəza baş verən zaman təhlükəsizlik yastığının açılmasına mane olur.
Psixoloq: sükanı belə idarə edən sürücülər daha çox enerjili və qətiyyətli olurlar. Onlar özlərinə inamlı olurlar və buna görə də, avtomobili yaxşı sürürlər.
Təlimçi: sükanın bu cür, bir əlli tutmaq sürücünü tez yorur. Yaxşı olardı ki, sükan iki əllə idarə olunsun.
Psixoloq: Sürücü məqsədinin nə olduğunu bilir. O şən və nəzakətlidir. Avtomobili asan və rahat idarə edir, həmçinin sərnişinlərlə söhbət etməyə etiraz etməz və yolda baş verən dəyişikliklərə vaxtında reaksiya verir. Bu sürücü ilə getdiyiniz yol şən və təhlükəsiz keçəcək.
Təlimçi: bu cür sükan idarəsi zamanı sürücü istirahət etmiş olur.
Psixoloq: Sürücü uzun müddət ciddi qalmaqdan çətinlik çəkən xəyalpərəst insandır. Yol ərzində bəzən həmsöhbətinə tərəf dönərək, bəzən də əl jestləri ilə işarələr edərək danışacaq.
Təlimçi: belə bir sükan tutuşu zamanı adi manevrlər və ya təhlükəli yol hadisləri zamanı idarə etməni itirmək təhlükəsi daha yüksəkdir.
Psixoloq: Əgər sürücü maşını belə idarə edirsə, deməli o, nizam-intizamlı, soyuqqanlı və özünə əmin adamdır. Sakit və yolda danışmağı sevməyən insandır. Lazım olan yerə çatdırar, lakin yol boyu özünüzü təkbaşına əyləndirməli olacaqsınız.
Təlimçi: hesab edirik ki, bu cür tutuş düzgün idarə etmək formasıdır. Əlləri bu cür yerləşdirmək rahatdır, istənilən manevrdə təhlükəsizdir və ya yarana biləcək təhlükəli vəziyyətdə tez və effektiv reaksiya vermək imkanı verir. Bu cür sürücülər təkərlərin gediş xəttini yaxşı bilir. Bununla yanaşı təhlükə zamanı əllər yastığın açılmasına heç bir mane törətmir. Sükan panaelini də, idarə etmək rahat olur.
Könül Əliyeva, “İki sahil”