04 dekabr 2018 23:19
2336

7 yaşlı uşaq “Forbes”də birinci oldu

Yeddi yaşlı Rayan “YouTube” da ən çox pul qazanan bloger kimi “Fobers” jurnalında reytinqdə birinci olub. Rayan Toys Revievin “YouTube” kanalı 17 milyon izləyici ilə 2018 - ci ildə 22 milyon dollar dəyərində qazanc əldə edib.  Videonu Rayanın valideynləri çəkir hansı ki, video çəkilişində uşaq qutuları açaraq yeni oyuncaqları sınaqdan keçirir.

Reytinqdə ikinci yeri isə ABŞ -dan olan aktyor Ceyk Pol tutub. Ceyk Pol öz kanalında kliplər nümayiş etdirir. Onun qazancı 21,5 milyon dollar dəyərində hesablanıb. Üçüncü yeri gənc qrup üzvləri tutublar. İdman tryukları nümayiş etdirən gənclərin gəlirləri 20 milyon rubl dəyərində hesablanıb.

Dördüncü yeri “DanTDM” kanalı tutub. Bu kanalın yaradıcısı Den Middltonun gəliri 18,5 milyon dollar dəyərində olub. Stilist və müğənni Ceffri Stara kosmetika, geyim nümayiş edərək beşinci yerin sahib olub. Jurnalın məlumatına görə, şoumen kanalında etdiyi reklamlara əsasən 18 milyon dollar gəlir əldə edib.