07 dekabr 2018 20:31
2542

Trikali şəhərində ən hündür şam ağacı qurulub

Yunanıstanın Trikali şəhərində Milad bayramı ilə əlaqədar ən hündür şam ağacı qurulub.

AZƏRTAC xəbər verir ki, hündürlüyü 33 metr olan ağac Pindosa dağlarından gətirilib.

Hazırda ağac şəhərin mərkəzi meydanını bəzəyir və ətrafında şənliklər keçirilir.