10 dekabr 2018 15:02
1091

Meksika Qran Prisi “Formula 1”in təqvimindən çıxarıla bilər

Meksika Qran Prisi “Formula 1” üzrə dünya çempionatının təqvimindən çıxarıla bilər.

“Report” “Autosport”a istinadən xəbər verir ki, bu barədə Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib. Dövlət başçısı 2019-cu ildən sonra hökumətin yarışa dəstək vermək niyyətində olmadığını bəyan edib.

Beləliklə, maliyyə dəstəyi olmadan bu ölkədə Qran Prinin təşkili şübhə altına düşüb.

Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq. Meksika Qran Prisi isə 25-27 oktyabrda təşkil ediləcək.