12 dekabr 2018 21:49
1818

Bir ton şokolad yola dağıldı

Almaniyanın qərbindəki Verl şəhərində yola bir ton şokolad dağılıb.

Trend-in məlumatına görə, hadisə şokolad fabrikində qəza nəticəsində baş verib.

Qəza nəticəsində maye şokolad kütləsi 10 kvadrat metr əraziyə dağılıb və donub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və yol kürəklə təmizlənib.