18 dekabr 2018 00:29
2183

Smartfonsuz bir ilə 100000 dollar?

Bəs siz 100 000 dollar pul müqabilində 365 gün sevimli smartfonunuzdan imtina edərdinizmi? “Coca -cola” şirkəti yeni sosial eksperiment çərçivəsində bu pulu ödəməyə hazırdır. İştirakçılardan yalnız bir şəkil və  smartfondan imtina etməyə hazır olmaları haqqında açıqlama tələb olunur.

Qazlı içkilər istehsal edən şirkət yalnız bir iştirakçı seçəcək və bu qalib iştirakçı bir il müddətində öz smartfonundan imtina edəcək. Bundan başqa, iştirakçı yalnız və yalnız zəng qəbul edə bilən telefon işlədə biləcək. Şirkət detektorlu test aparatından istifadə edəcək ki, iştirakçı gizlin şəkildə sosial şəbəkələrə daxil ola bilməsin. Başqa qadjetlərdən istfadə edə biləcəyi haqqında hələ heç bir məlumat bildirilməyib.

Aparılan ekspertdə iştirakçının  qəbul sənədləri  2019 - cu ilin 8 yanvar tarixindən etibarən qəbul olunacaq. Hər bir iştirakçı gücünü dörd dəfəyə qədər sınaya bilmək imkanına sahib olacaq.

Könül Əliyeva, “İki sahil”