27 dekabr 2018 17:54
3326

Amerika sakini xizəklə Antarktidanı keçib

Amerika sakini tarixdə ilk dəfə xizəklə təkbaşına Antarktidanı keçib

Portlend sakini Kolin Obreydi indiyədək mümkünsüz sayılan Antarktida səyahətini uğurla başa vurub. O, tarixdə ilk dəfə olaraq xizəklə təkbaşına Antarktidanı keçib.

Interfax informasiya agentliyi xəbər verir ki, 32 yaşlı amerikalının səyahəti noyabrın 3-də başlayıb. O, 54 gün ərzində 1,5 min kilometr məsafə qət edib.

Səyahətin məqsədi Antarktidanı heç bir kömək almadan təkbaşına keçmək olduğundan o özü ilə xizəkdə 170 kiloqram ləvazimat da daşıyıb. Obreydi bəzən sürəti saatda 48 kilometrə çatan küləyə qarşı getməli olub.

2016-cı ildə Antarktidanı təkbaşına piyada keçmək istəyən britaniyalı Henri Uorsli hədəfinə 50 kilometr qalmış səfərini dayandırmış və sonradan orqanizminin zəifləməsi səbəbindən xəstəxanada vəfat etmişdi.