04 yanvar 2019 13:29
5307

“Ginnesin Rekordlar Kitabı”ının yubiley buraxılışından SEÇMƏLƏR

2016-cı ildə “Ginnesin Rekordlar Kitabı”nın 60 yaşı tamam oldu.

 “Ölkə.Az” xəbər verir ki, yubiley münasibətilə yeni kitab nəşr edilib. 2016-cı ilin seçmə rekordlarını oxuculara təqdim edirik.

1. Berti- dünyanın ən sürətli tısbağası. Saniyədə 38 sm hərəkət edir.

Attachment

2. Yapon Takaxiro İkeda “BMX” velosipedi ilə velosipedin oxu ətrafında 1 dəqiqəyə 83 dövrə vurub. Bu isə rekorddur.

Attachment

3. Çinli idmançılar Sun Minmin və Syuy Yan dünyanın ən hündür cütlüyüdür. Onların ikisinin birlikdə boyu 423.47 sm-dir. Minmin basketbolçu, Yan isə həndbolçudur. 

Attachment

4. Purin ləqəbli 9 yaşlı biql pəncələri ilə top tutmaq üzrə rekord sahibidir. O bir dəqiqəyə 14 top tutub.

Attachment

5. Dünyanın hot-doq daşıyan ən böyük maşını. 44 yaşlı amerikalı Markus Deyli tərəfindən hazırlanıb. Hündürlüyü 3.72 metr, uzunluğu 7.06, eni isə 2.81 metrdir. Gün ərzində 300 nəfərə xidmət göstərə bilir. Maşının içində tualet də var.

Attachment

6. Ən böyük qulaq əti. Amerikalı Kalavelo Kayviyə məxsusdur. Havayda yaşayan Kalavelonun qulaq ətinin diametri 10.5 sm-dir.

Attachment

7. Dünyanın ən böyük ayaq pəncəsi. 20 yaşlı Ceyson orlando Rodrigez Hernandez Venesuelada yaşayır. Onun sağ ayağının pəncəsi 40.1 sm, sol ayağınınkı isə 39.6 sm-dir.

Attachment

8. Andre Orltof yüz metrlik məsafəni xizəkli çəkmə ilə cəmi 17.65 saniyəyə qaçıb.

Attachment

9. Almaniyalı Andre taxta başmaqla eyni məsafəni 16.27 saniyəyə qaçıb.

Attachment

10. O, noxudu 7.51 metrlik məsafəyə üfürüb..

Attachment

11. 2 yaşlı ingilis dovşanı Françeska ən uzun tüklərə sahibdir. Onun tüklərinin uzunluğu 36.5 sm-dir.

Attachment

12. Hindistanlı Açarya Makunuri Şrinivasa dünyanın ən böyük diyircəkli qələmini hazırlayıb. Qələmin uzunluğu 5.5 metrdir. Çəkisi isə 37 kq-dır.

Attachment

13. Ukraynalı Olqa Lyaşuk üç qarpızı 14.65 saniyəyə budları arasında əzir.

Attachment

14. Vicay Kumara dünyada ən çox dişi olan insandır. Hindistanlı 27 yaşlı Vicayın agzında 37 dişi var.

Attachment

15. Kanadalı Dominik Lakasse bayraq pozasında ən uzun müddət qalaraq rekorda imza atıb.

Attachment

16. Takeru Kobayasi 3 dəqiqəyə 6 hot-doq yeyib.

Attachment

17. O, eyni vaxta 12 hamburqeri həzm-rabedən keçirib.

Attachment

18. Alman Oliver Ştryumpfel 25 pivə bokalını 40 metr məsafəyə aparıb.

Attachment

19. Almaniyalı Yuel Miqqleranın üzü dəliklərlə doludur. Onun üzündə 11 tunel-dəlik var.

Attachment