Sərin yay günlərinin birində qatar Limerikadan yola düşərək Dublinə qədər yol qət edir. Qatardan astaca bir yaşlı kişi enir. 81 yaşında olan bu kişiyə heç kəs fikir vermir. Həmin bu şəxs Nyu-Cersidən olan Çak Finidir. Hansı ki, İrlandiyaya onun qədər gəlir gətirən ikinci bir şəxs dünyaya gəlməyib.
Çak Fini “Duty Free” nin banisidir. Hazırda 85 yaşı olan Çak Fini 7,5 milyard dollar dəyərində sərvətin sahibidir. Lakin bütün bunlara baxmayaraq onun maşını belə yoxdur, o, xüsusi təyyarədə uçmur və hətta yaşadığı evi belə kirayədir. Çak Fininin taxdığı elektron saatın qiyməti 15 dollar dəyərindədir. O, adi insanlar kimi nəqliyyatdan, metro və ya taksidən istifadə edir. Son 30 ildə xeyriyyə işlərinə 6 milyard dollar vəsait xərcləməsəydi, kənardan xəsis bir insan kimi qəbul olunardı. Bu pullar hamısı təhsilə, səhiyyəyə, elmə, ABŞ-da qocalar evinin tikilməsinə və s. kimi yerlərə xərclənib.
1956-cı ildə ticarətə başlayan Fini illər keçdikcə ticarətini genişləndirməyə nail olub. Belə ki, onun banisi olduğu “Duty Free” mağazalar şəbəkəsi artıq 1964-cü ildə 27 ölkədə fəaliyyət göstərməyə başlayıb, işçilərinin sayı isə 200 nəfərə qədər artıb. Artıq 1967-ci ildə Fini 12 min dollar divident əldə edib, 1977-ci ildə isə bu rəqəm 12 milyon dollara bərabər olub. Yenidən 10 il zaman keçdikdən sonra biznesmenin hesabında 334 milyon dollar dəyərində sərvəti olub. Hesabda olan bu pulları Fini otellərin, tikiş fabriklərinin, mağazaların tikilişinə sərf edib. Bütün bunlara baxmayaraq, o öz sadəliyini itirməyib. Sadəliyi qoruyub saxlamaq mümkün olsa da, bu qədər böyük bir kapitalın sahibi olduğunu gizlətmək mümkün olmayıb.
1988-ci ildə “Fobers” jurnalında oxucular bu varlı insanın biznesdə qazandığı uğurları ilə tanış olublar. Jurnalın hesablamalarına görə, “Duty Free” mağazalar şəbəkəsinin illik qazancı 1,6 milyard dollar dəyərindədir. Belə ki, Havay adalarında olan mağaza şəbəkəsinin 1 kvadratmetri il ərzində 200 000 dollar qazanc əldə edir. Bu ekvivalent bu gün 400 000 dollara bərabərdir. Lakin bütün bu sərvətə baxmayaraq Finin şəxsi maşını belə olmayıb.
Çak Fini hər zaman sadə şeylər ilə xoşbəxt olmağı bacarıb. O, təvazökar, əməksevər bir ailədə dünyaya göz açıb. İnsanlara kömək etməkdən həzz alan ailənin anası Medlin hər səhər qonşuluqda əlil qadını avtobusa qədər ötürürmüş.
Cak Finin ən böyük nailiyyətlərindən biri İrlandiyanın ən yaxşı universiteti hesab edilən Limerika Universitetinin inşa edilməsidir. “Pulları xərcləmək üçün yaşlanmağı gözləmək lazım deyil. Nə qədər ki, gücünüz və enerjiniz var dünyanı yaxşılığa doğru dəyişmək üçün bunu tez etmək lazımdır” - Fini deyir. Bill Qeyts Çak Finini həyatda xeyirxahlıq edən mükəmməl obraz hesab edib. “Duty Free Shoppers” şirkətinin aksiyasının üçdə birini Çak Fini “The Atlantic Philanthropies” xeyriyyə cəmiyyətinə bəxş edib.
Fonda bəxş edilən 1,3 milyard dollar vəsait 2016 - cı ilə qədər xərclənib qurtarmalı idi, 2020-ci ildə isə fond öz fəaliyyətini dayandıracaq. Biznes akulaları öz sərvətlərini genişləndirməyə səy göstərdiyi bir zamanda Fini bacardığı qədər çalışır ki, öləndə bir qəpik belə pulu qalmasın.